Logo

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” mövzusunda mühazirə təşkil olunub

19.04.2024 09:55 135 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” mövzusunda mühazirə təşkil olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, mühazirəni Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Afaq Əliyeva oxuyub.

Alim mühazirəsində Əlyazmalar İnstitutunun fondunda yazıçı və şairlərin, o cümlədən incəsənət xadimlərinin mühafizə olunan şəxsi arxiv materiallarının kataloqlaşdırılması və təsviri prinsiplərindən bəhs edib və sualları cavablandırıb.

Xatırladaq ki, institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi tədbirlərin may ayına qədər davam etdirilməsi nəzərdə tutulub.

Xəbər lenti