Logo

Universitet intihar edən tələbə ilə bağlı məlumat yaydı - FOTO

19.04.2024 10:36 192 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) intihar edən tələbəsi Ramil Nəsirovla bağlı məlumat yayıb.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, R.Nəsirov Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi olub:

“2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi”.

Xəbər lenti