Logo

BDU-da elmi seminar keçirilib - FOTO

19.04.2024 11:06 214 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması” mövzusunda elmi seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Botanika və bitki fiziologiyası kafedrasının dosenti, biologiya elmləri doktoru Zülfiyyə Məmmədova mövzu ilə bağlı təqdimatında qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu ilin noyabrında ölkəmizdə keçirilməsi, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi bioloq alimlərin qarşısında mühüm öhdəliklər qoyur.

Elmi seminarda ölkə ərazisində yaşıllaşdırma məqsədilə ekoloji streslərə davamlı olan fəsilələrə aid nümayəndələr haqqında ətraflı məlumat verilib. Bu fəsilələrdən sərvkimilər (Cupressaceae Neger.), zeytunkimilər (Oleaceae Lindl.), gülçiçəyikimilər (Rosaceae Juss.), söyüdkimilər (Salixaceae Lindl.), doqquzdonkimilər (Caprifoliaceae Vent.), mirtkimilər (Myrtaceae Pers.) və paxlakimilərin (Fabaceae Lindl.) xarakerik xüsusiyyətləri izah olunub. Seminarda, həmçinin Ermənistan tərəfindən işğal dövründə ekoloji genosidə məruz qalmış ərazilərimizdə zəngin floristik tərkibi yenidən bərpa etmək üçün həmişəyaşıl ağacların əkilməsi, o cümlədən irigül buynuzlalə (Glaucium grandiflorum Boiss.), alabəzək dağtərxunu (Tanacetum coccineum (Willd). Grierson), dərman pişikotu (Valeriana officinalis L.), böyük dəmrovotu (Chelidonium majus L.), Qarabağ sürvəsi (Salvia karabachensis Pobed.), ətirli bənövşə (Viola odorata L.), çəhrayı gülxətmi (Alcea rosea L.) və s. kimi bitkilərin becərilməsi tövsiyə olunub.

Xəbər lenti