ABŞ-nin Kolumbiya Universitetində Fələstinin müstəqilliyinə dəstək aksiyasında iştirak edən 108 tələbə saxlanılıb.
Tehsil.biz “NBC News”a istinadən xəbər verir ki, onların arasında Nümayəndələr Palatasının Minnesota ştatından olan müsəlman üzvü İlhan Omarın qızı İsra Hirsi və Barnard Kollecinin tələbələri də var.
İsra Hirsinin anası İlhan Omarın sözügedən ali təhsil ocağının tələbələrə göstərdiyi təzyiqlərə etirazı səbəbindən təhsildən uzaqlaşdırıldığı bildirilir.
Nyu-Yorkun meri Erik Adams məsələ ilə bağlı açıqlama verərək, atılan addımları qanunauyğun adlandırıb. O deyib ki, tələbələrin fikirlərini azad şəkildə bildirmək hüququ universitetin siyasətinə xələl gətirməməlidir.
Qeyd edək ki, aprelin 17-dən başlayan kütləvi etirazlar səbəbindən Kolumbiya Universitetinin işi iflic olub. Tələbələrin aksiyasına ABŞ prezidentliyinə müstəqil namizəd olacağını açıqlayan Kornel Uest də qoşulub.
Qeyd edək ki, 41 yaşlı Somali əsilli Konqress üzvü İlhan Omar İsrailin Fələstin siyasətinə qarşı çıxan xanım siyasətçi kimi tanınır.