Logo

Azərbaycan Təhsil Cəmiyyətinin idarə heyəti yeni tərkibdə təsdiqlənib

19.04.2024 13:49 99 baxış
IMG

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin 2024-cü il 28 fevral tarixli Qurultay qərarı Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən qeydiyyata alınıb və qeydiyyat sənədləri aprelin 18-də İctimai Birliyə təqdim edilib.

Tehsil.biz xəbər verir ki, Qurultay qərarına əsasən İctimai Birliyin idarəetmə orqanı olan idarə heyətinin yeni say tərkibi formalaşıb və növbəti iki il müddətinə üzvlər seçilib.

İdarə heyətinə Murad Ağalarov (sədr), Şamxal Həşimov (sədrin müavini), Rafiq Mütəllimov, Nardanə Yusifova, Könül Nəhmətova, Reyhan Mənəfova və Taleh Şahməmmədov üzv seçiliblər.

Xəbər lenti