Logo

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

19.04.2024 15:07 257 baxış
IMG

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Hüquq fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verib.

Müsabiqənin məqsədi tələbələrdə ekoloji istiqamətlərin hüquqi tənzimlənməsini təhlil etmək bacarığını formalaşdırmaq və məsələnin geniş müstəvidə araşdırılmasını təmin etməkdir.

Qaliblər xüsusi komissiya tərəfindən hüquqi əsaslar, texniki tələblər və dilçilik normaları nəzərə alınmaqla müəyyən olunacaq. Qalib yazılar vahid material şəklində çap olunacaq.

Müsabiqədə iştirak üçün tələblər:

1. Məqalələr “Word Document (.docx)” faylı şəklində göndərilməli, yazı müəllifinin adı, soyadı, fakültəsi, kurs və qrupu qeyd olunmalıdır;

2. Məqalə “Times New Roman” şrifti ilə, 14 ölçüdə, 1.5 sətir aralığında yazılmalıdır;

3. Məqalənin həcmi 5-8 səhifə aralığında olmalıdır;

4. Daha öncə çap olunmuş və ya plagiat məqalələr müsabiqəyə qəbul edilmir;

5. Məqalənin xülasəsi və istifadə olunan ədəbiyyat siyahısı göstərilməlidir;

6. Yazı işləri [email protected] elektron ünvanına göndərilməlidir.

Müsabiqədə iştirak üçün mayın 20-dək müraciət etmək olar.

Xəbər lenti