Logo

BDU-da çiçəkəkmə aksiyası keçirilib - FOTO

19.04.2024 20:07 103 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş çiçəkəkmə aksiyası keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, çiçəkəkmə aksiyasında Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatının üzvləri, BDU könüllüləri, müxtəlif fakültələrin tələbələri iştirak ediblər.

Aksiyada 500-dək gül əkilib. Aksiyanın məqsədi ətraf mühitin qorunmasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Xəbər lenti