Logo

BMU əməkdaşları "AAC" MMC-də olublar

19.04.2024 21:04 204 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları "AAC" MMC-də olublar.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

MMC ilə tanışlıqdan sonra keçirilən görüşdə qurumun baş direktoru Zahid Şahbazov və digər əməkdaşlar müəssisə haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, “AAС” MMC müasir məsaməli hörgü blokları və yüksək keyfiyyətli əhəng istehsalına böyük sərmayə yatırmış Azərbaycan şirkətidir. 2011-ci ildə Prezident cənab İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olan “AAC” müasir tikinti materialları zavodu isə Qafqaz regionunda məsaməli beton bloklarını istehsal edən ilk zavod kimi tarixə düşüb.

Görüşdə tələbələrin istehsalat təcrübəsinin təşkili, tələbə və məzunların müəssisənin istehsalat prosesinə cəlbi, MMC əməkdaşlarının universitetdə tələbələrlə karyera günü təşkil etməsi, eyni zamanda bu istiqamətlərdə əməkdaşlığın qurulması müzakirə olunub.

Xəbər lenti