Logo

ADAU-da keçirilən fakültələrarası futbol turniri başa çatıb - FOTO

19.04.2024 23:21 210 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən İdman və oyun klubunun təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" həsr olunmuş fakültələrarası futbol turnirinin final oyunu keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, final oyununda Torpaqşünaslıq və aqrokimya fakültəsi 6:3 hesabı ilə qalib gəlib.

Mühəndislik fakültəsinin binasında keçirilən mükafatlandırma mərasimində qalib komandaya kubok və sertifikatlar təqdim olunub.

Xəbər lenti