Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII respublika müsabiqəsində xüsusi fərqləniblər.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verib.
Bildirilib ki, onlardan X sinif şagirdləri Nihad Həşimov və Onur Əlləzov fizika və astronomiya üzrə II, X sinif şagirdləri Bəxtiyar Əmiraslanov, İlyas Muxtarov, IX sinif şagirdi Cabir Abbasov kimya, X sinif şagirdi Fuad Hüseynov isə biologiya istiqaməti üzrə III yerə layiq görülüblər.