“Rəqəmsal bacarıqlar” layihəsinin şagirdləri və “Code for future” layihəsinin tələbələri üçün “IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır.
Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, sessiyada “Code for future” layihəsinin məzunları “Rəqəmsal bacarıqlar” təmayüllü 10 və 11-ci sinif şagirdləri ilə öz təcrübələrini paylaşacaqlar.
Sessiyanın keçirilməsində məqsəd IT sahəsi üzrə təhsil alan və proqramlaşdırma təcrübəsinə malik tələbələrlə şagirdlərin ünsiyyətini təşkil etmək, eyni zamanda, onların ortaq bir layihə üzərində işləmələrinə şərait yaratmaqdır.
Qeydiyyatdan keçmək istəyənlər linkə daxil ola bilərlər.
Sessiyanın aktiv iştirakçılarına sertifikat və hədiyyələr təqdim ediləcək.