Logo

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

20.04.2024 14:06 160 baxış
IMG

Hər il aprelin 21-də bəşəriyyət iqtisadi və sosial çağırışlara davamlı həllər tapmaqda və sürətli qlobal dəyişikliklərə uyğunlaşmaqda yaradıcılıq və innovasiyaların həlledici rolunu vurğulamaq üçün Ümumdünya Yaradıcılıq və İnnovasiya Gününü qeyd edir. 

Tehsil.biz xəbər verir ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) bu münasibətlə üzv ölkələrə müraciət edib. Sənəddə inkişaf edən, biliyə əsaslanan daha mədəni cəmiyyətlərin qurulması istiqamətində beynəlxalq səylərin artırılmasında yaradıcılıq və innovasiyaların əhəmiyyəti vurğulanıb. 

Bu kontekstdə ICESCO iş imkanları və təlimlər təmin etmək, habelə elm və texnologiya sahəsində müxtəlif təşəbbüslər və proqramlar həyata keçirmək yolu ilə gənclərin və qadınların inteqrasiyasına, onların sosial üfüqlərini genişləndirmək və tərəqqisini sürətləndirmək üçün innovativ bacarıqlarının artırılmasına çağırıb.

Müraciətdə qeyd olunub: “ICESCO İslam dünyasında sahibkarlığı təşviq etmək, davamlı və hərtərəfli inkişafa töhfə vermək məqsədilə gəncləri texnologiya və innovasiya sahəsində kiçik layihələrin yaradılmasına cəlb etmək üçün iddialı proqramın həyata keçirilməsinə başlayıb. 2021-ci ildən bəri 19 ölkədə fəaliyyətə başlayan bu proqram çərçivəsində 54 startap layihəsi dəstəklənib. Onun əsas məqsədi 2025-ci ilin sonuna qədər 150 belə şirkət qurmaq, eyni zamanda 5 mindən çox sahibkarın imkanlarını artırmaqdır”.

Təşkilat, həmçinin bioloji tullantıların qida barlarına çevrilməsi üçün bir mükafat təqdim edib. Onun məqsədi sahibkarlara və startaplara israf edilmiş qidadan maksimum istifadə etmək üçün innovativ texnikaların inkişaf etdirilməsində dəstək olmaqdır.

Xəbər lenti