Logo

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb - FOTO

20.04.2024 14:26 166 baxış
IMG

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisəsinin 6 şagirdi “Sabahın alimləri” XIII respublika müsabiqəsində uğur qazanıblar.

Regional idarədən "Tehsil.biz"ə bildirilib ki, Azərbaycanın Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi müsabiqənin final mərhələsində 4 layihə ilə iştirak edərək, 3 layihə üzrə qalib elan edilib. 

Təhsil Kompleksinin 6 şagirdi müsabiqədə gümüş medala layiq görülüb. Onlar 9-cu sinif şagirdləri Araz Abbaszadə, Natəvan Dəmirova, 10-cu sinif şagirdləri Asi Paşazadə, Nuray Əliyeva, 11-ci sinif şagirdləri Lamiyyə Babazadə və Toğrul Mehdiyevdir.

Qeyd edək ki, müsabiqə Elm və Təhsil, Gənclər və İdman nazirlikləri, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilib.

Xəbər lenti