Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev "İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfransında iştirak etmək üçün Azərbaycana gələn Özbəkistan Respublikasının Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Xüsusi və İnklüziv təhsil fakültəsinin dekanı Dilbər Nurkeldiyevanı qəbul edib.
Bu barədə "Tehsil.biz"ə BSU-dan bildirilib.
Görüşdə konfrans barədə fikir mübadiləsi aparılıb, həmçinin iki universitet arasında beynəlxalq əlaqələrin inkişafı müzakirə edilib.