Çinin “Çançjen-2D” daşıyıcı raketi aprelin 21-də “Yaoqan-42-02” Yerin uzaqdan zondlama peykini uğurla orbitə çıxarıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.
Raket Pekin vaxtı ilə saat 07:45-də (Bakı vaxtı ilə 03:45) Siçan kosmodromunun buraxılış meydançasından buraxılıb.