Britaniyanın Viktoriya və Albert Muzeyi 150 il əvvəl müstəmləkəçilik dövründə aparılmış tarixi artefaktları müvəqqəti olaraq Qanaya qaytarıb.
Tehsil.biz xəbər verir ki, qaytarılan eksponatlar Aşanti İmperiyasına (1670-1902) aid qızıl və gümüş əşyalardır.
Bu addım diplomatik münasibətlərdə gərginliyin aradan qaldırılması yönündə jest kimi də qəbul edilir. Bununla belə, Birləşmiş Krallıq qanalılar üçün xüsusi əhəmiyyətə malik artefaktları Akkraya daimi deyil, 6 illiyə qaytarıb. Britaniya bunu sözügedən əşyaların saxlanması üçün normal şəraitin olmaması ilə izah edir.
Qaytarılan əşyalar Kumasi şəhərindəki Manhiya Sarayında nümayiş etdiriləcək.