Logo

Tələbələr arasında voleybol üzrə çempionat keçirilib

22.04.2024 15:06 190 baxış
IMG

Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən voleybol idman növü üzrə çempionata yekun vurulub.

Tehsil.biz xəbər verir ki, yarışlarda 10 ali təhsil müəssisəsinin qızlardan ibarət komandaları mübarizə aparıblar.

Çempionatın nəticələrinə əsasən, I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, II yeri Azərbaycan Dövlət İqtisad Universiteti, III yeri Bakı Dövlət Universitetinin komandaları tutublar.

Qaliblər təşkilatçılar tərəfindən kubok, medal və diplomla təltif olunublar.

Xəbər lenti