Aprelin 22-də Bakı Slavyan Universitetində (BSU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər planına uyğun olaraq “Ətraf mühitin qorunması, dayanıqlı inkişaf və iqlim dəyişikliyi” mövzusunda təlim keçirilib.
BSU-dan "Tehsil.biz"ə bildirilib ki, təlimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Tural Məhərrəmov iqlim dəyişikliyinin mahiyyəti barədə məlumat verərək bu prosesin mürəkkəb olduğunu bildirib. O, həmçinin iqlim dəyişikliyinə səbəb olan sahələr, qlobal istiləşmə, eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərindən söz açıb.
Sonda təlimçi tələbələri maraqlandıran sualları cavablandırıb.