Logo

BSU-da akademik Vaqif Abbasovla görüş təşkil edilib - FOTO

22.04.2024 20:49 175 baxış
IMG

Aprelin 22-də Bakı Slavyan Universitetində (BSU) Elm və Təhsil Nazirliyi Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasovla görüş keçirilib.

BSU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə tədris işləri üzrə prorektor Ənvər Abbasov akademik Vaqif Abbasovun ölkəmizdə texniki elmlərin inkişafına mühüm töhfələr verdiyini qeyd edərək alimin böyük elmi tədqiqatların müəllifi olduğunu vurğulayıb.

Akademik Vaqif Abbasov həyat və fəaliyyəti, tədqiqat istiqamətləri barədə danışaraq tədbir iştirakçıları ilə öz elmi təcrübələrini bölüşüb, kitabları haqqında məlumat verib. Keçmişə hörmətlə yanaşmağın vacibliyinə toxunan akademik tarixi öyrənməyin əhəmiyyətindən də söz açıb. Alim, həmçinin pedaqoqların tədris prosesində düzgün metodlardan istifadə etmələri, şagirdlərin potensialını düzgün qiymətləndirmələri məsələsinə toxunub.

Sonra BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev, Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, Şərqi Avropa dilləri fakültəsinin müdiri Kamran Hacıyev akademik Vaqif Abbasovun Azərbaycan elminə verdiyi töhfələrdən danışıblar.

Sonda alim tədbir iştirakçılarının suallarını cavablandırıb.

Xəbər lenti