Azərbaycan Dillər Universitetində (ADU) 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar olaraq Təhsil 1 fakültəsi nəzdində İngilis dilinin fonetikasi kafedrasının müəllimi Bəyim Kərimova və 119b qrup tələbələri- Fatimə Yunis, Dilavər Rzayeva və Fatimə Abdullayevanın Akademik Zərifə Əliyeva adına liseydə müəllim və 9A4, 9A2 və 11A5 sinif şagirdləri iştirakı ilə "Dünya bizim evimizdir" adlı dəyirmi masa keçirilib.
ADU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbir zamanı tələbələrin çıxışlarında bildirilib ki, bu gün planetimizdə ətraf mühitin vəziyyəti, ekoloji tarazlığın pozulması bütün bəşəriyyəti ciddi şəkildə düşündürür, haqlı narahatlıqlara səbəb olur. Çıxış yolu isə ilk növbədə mövcud ekoloji vəziyyəti dərindən öyrənmək, bütün təsirləri düzgün qiymətləndirmək və ən əsası da çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyər verməkdir. Ekoloji problemlərin həll edilməsinin təkcə Azərbaycanın vəzifəsi deyil ümumbəşəri bir problemdir.
Sonda liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Samirə Mənsimova tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.