Logo

“İyirmi ildən sonra” tamaşası təqdim olundu - FOTO

23.04.2024 12:23 156 baxış
IMG

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində Sumqayıt Dövlət Dram Teatrı Bakıda Əli Əmirlinin “İyirmi ildən sonra” tamaşasını təqdim edib.

Teatr Xadimləri İttifaqından "Tehsil.biz"ə bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.

Nümayişdən sonra əsərin müəllifi, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli tamaşanın orijinal ədəbi materialına görə İttifaqın Fəxri fərmanı ilə təltif olunub.

Xəbər lenti