Logo

“Our İmmortal Martyred Teachers” – “Bizim ölməz şəhid müəllimlərimiz”

12.04.2021 12:37 428 baxış
IMG

Aprelin 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) baş müəllimi Sevda Ağayevanın təşəbbüsü, universitetin Tarix və coğrafiya fakültəsi və Xarici Dillər Mərkəzinin təşkilatçılığı ilə “Our İmmortal Martyred Teachers” - “Bizim ölməz şəhid müəllimlərimiz” adlı ingilis dilində vebinar keçirilib.

 

Vebinar ADPU-nun Vətən müharibəsində şəhid olan tələbə və məzunlarının xatirəsinə həsr olunub.


Zoom platformasında keçirilən vebinarda fakültənin rəhbərliyi və tələbələri, Xarici Dillər Mərkəzinin müəllimləri, ADPU-nun məzunlarından Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın məktəbli oğlu Mərdan, Bakı şəhərinin müxtəlif məktəblərindən olan məktəblilər iştirak ediblər.


Fakültənin dekan müavini dosent Mətanət Əsgərova bütün iştirakçıları salamalayaraq bu tip görüşlərin şəhidlərimizin təbliği və məktəblilərin tərbiyəsində oynadığı önəmli roldan söz açıb.


Tədbirdə Sosial iş ixtisasının 2001B və 2002B qrup tələbələri, həmçinin 32 nömrəli məktəbin 5C sinif şagirdlərindən Aftandil Əliyev və İbrahim Abdullayev, 118 nömrəli məktəbin 4Ə sinfinin müəllimi Şəlalə Novruzova və şagirdləri Mirəli Ağayev, Orxan Səfərov, Şəfa Hacıyeva, 270 nömrəli məktəbin 2D sinfinin müəllimi Kəmalə Vəlixanova və şagirdləri Jasmin Vəkilova, Elşən Muradov, Ayla Hüseynova və Yusif Ağaquliyev çıxış edərək şəhid müəllimlərimizin həyatından, qəhrəmanlıqlarından danışıb, şeirlər səsləndiriblər. Şəhid tələbə və məzunların həyatından bəhs edən videoçarxlar nümayiş edilib. Kiçik yaşlı məktəblilərin mükəmməl çıxışları tədbirə xüsusi rəng qatıb.

Xəbər lenti