Logo

BDU-nun müəllimi beynəlxlaq konfransda iştirak edib

12.04.2021 15:48 383 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin müəllimi Eldost İbrahimov Dünya Urdu Assosiasiyası və Cəvahirləl Nehru Universitetinin Urdu dili fakultəsinin birgə təşkil etdiyi "Urdu dilinin aktual problemləri" mövzusunda beynəlxalq onlayn konfransda iştirak edib. 


Konfransa Hindistan, Pakistan, Türkiyə, Misir, Banqladeş, Almaniya, Amerika, Səudiyyə Ərəbistanı, İngiltərə, Danimarka, Avstriya, Özbəkistan və Yaponiyadan olan urdu dili mütəxəsisləri qatılıblar. Eldost İbrahimov konfransın ikinci panel iclasına sədrik edərək Azərbaycanda bu il yaranmasının 20-ci ili tamam olan Urdu dili şöbəsinin tarixi, o cümlədən Bakı Dövlət Universitetin urdu dilinin tədrisi barəsində geniş məlumat verib.

Xəbər lenti