Logo

Zərdabda iki məktəb infeksiya səbəbindən onlayn təhsilə keçib

12.04.2021 22:33 397 baxış
IMG

Daha iki məktəb koronavirus infeksiyası səbəbindən onlayn təhsilə keçib.

 

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Zərdab rayonunun Məlikmudlu və Callı kənd orta məktəblərində şagirdlər arasında koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

 

Bu səbəbdən hər iki məktəbdə təhsil müvəqqəti olaraq dayandırılıb və onlayn təhsilə keçilib.

 

Hazırda hər iki təhsil ocağında dezinfeksiya işləri aparılır.

Xəbər lenti