Logo

"Sosial-iqtisadi proseslərin öyrənilməsinə riyazi yanaşma”

13.04.2021 12:29 651 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) “Dünya iqtisadiyyatı” kafedrasının təşkilatçılığı ilə “Sosial-iqtisadi proseslərin öyrənilməsinə riyazi yanaşma” mövzusunda vebinar keçiriləcək.

 

Tədbir universitetin Dünya iqtisadiyyatı kafedrasının müdiri, i.ü.f.d., dosent Şəhriyar Muxtarovun moderatorluğu ilə baş tutacaq.

 

Əsas məruzəçi qismində isə Kral Abdullah Neft Araşdırmaları və Tədqiqat Mərkəzinin elmi işçisi, i.ü.f.d., dosent Ceyhun Mikayılov çıxış edəcək.

 

Aprelin 22-də saat 17:30-da keçirilməsi planlaşdırılan vevinara aşağıdakı link vasitəsilə qoşulmaq mümkündür: meet.google.com/tpu-aohm-gmz

 

Vebinarda mövzu üzrə əsasən aşağıdakı məsələlərə yer veriləcək:

 

Fəlsəfəsi

 

Elmi təməlləri

 

İstifadə istiqamətləri

 

Növləri

 

Modelləşdirmə

 

Proqnozlaşdırma

 

Hal-hazırkı inkişaf səviyyəsi

 

Müzakirə olunacaq bəzi maraqlı məqamlar:

 

Sosial-iqtisadi proseslərin tabe olduğu qanunlar varmı?

 

Vaksinlər (məsələn Covid-19 vaksinləri) niyə hamıda eyni effekti vermir?

 

Statistikaçı George Box “Bütün modellər səhvdir, amma bəziləri faydalıdır” deyir. Bunu necə anlamalı?

 

Optimallaşdırma (Xətti/Qeyri-xətti proqramlaşdırma, Məhdudiyyət şərtli və şərtsiz optimallaşdırma, CGE (Qiymətləndirilə/hesablana bilən ümumi tarazlıq) və DSGE (Dinamik Stoxastik ümumi tarazlıq) modelləri).

 

Ekonometrik Modelləşdirmə

 

Məlumat (data)! “Tanrıya güvənirik, etimadımız tamdır. Onun xaricində hər kəs (dediyini əsaslandırmaq üçün) data gətirməlidir.” W. Edwards Deming.

 

Hər addımımızda istifadə etdiyimiz bir vasitə olaraq Qiymətləndirici (Estimator)!

 

Mütləq determinizm və stoxastik fərqliliklərin qaynağı

 

Birməsələdə birdən çox doğru ola bilərmi?

 

Proqnozlar çox hallarda niyə tutmur?

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbər lenti