"UNEC-in gənc müəllimləri” layihəsi davam edir. Layihənin budəfəki iştirakçısı Etimad Rəhimlidir.
Etimad Rəhimli ADNSU-da “Sənayenin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili alıb.
UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində “Biznesin idarə edilməsi” (türk dilində) ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
2018-ci ildən Türkiyənin İstanbul Universitetinin “İqtisad” ixtisası üzrə doktorantıdır.
“2019-2023-cü illər ərzində Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı qazanan gənc müəllimlərdəndir.
UNEC-də pedaqoji fəaliyyətdə olduğu müddətdə bir neçə beynəlxalq indeksli xarici jurnallarda elmi məqalələri dərc olunub.
UNEC-in "İqtisadiyyat və işlətmə" kafedrasının müəllimidir. Türk Dünyası İqtisad Fakültəsində dərs deyir.
Azərbaycan, ingilis, türk dillərini bilir.