Logo

Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırdılar - VİDEO

08.05.2024 01:17 177 baxış
IMG

İsveçin Malmö şəhərində keçirilən 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsində ikinci yarımfinalda iştirak edəcək ölkələrin adları açıqlanıb.

Tehsil.biz xəbər verir ki, gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib.

Yarışmada “Özünlə apar” mahnısını ifa edən təmsilçilərimiz Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov finala çıxa bilməyiblər.

Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburq kimi ölkələrin təmsilçiləri isə finala vəsiqə qazanıblar.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 9-da, final isə mayın 11-də keçiriləcək.

Xəbər lenti