Logo

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ

08.05.2024 10:02 186 baxış
IMG

Təhsil TV tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı proqram yayımlanır.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, "Təhsilverənlərin sertifikatlaşdırılması dərsləri" proqramı cari ildə sertifikatlaşdırma imtahanı keçiriləcək fənləri əhatə edir.

Proqramda sözügedən fənlər, metodika və pedaqogika üzrə mövzuların izahı təqdim olunur.

Müəllimlər üçün faydalı və dəstək məqsədli bu proqramı Elm və Təhsil Nazirliyi, həmçinin Təhsil TV-nin rəsmi “Facebook” səhifələri üzərindən izləyə bilərsiniz.

Xəbər lenti