Logo

Səfir Qərb jurnalistlərinə ÇAĞIRIŞ ETDİ

08.05.2024 10:15 321 baxış
IMG

London şəhərində çap olunan “The Guardian” qəzetində qərəzli məqaləyə cavab olaraq Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov tərəfindən sözügedən qəzetin redaksiyasına ünvanlanmış məktub dərc edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə “Report”a Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan və Ermənistan müstəqillik əldə etdikdən sonra ilk dəfə münasibətlərin normallaşdırılması yönündə çox vacib razılaşma əldə ediblər. İki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanın beynəlxalq ictimaiyyət tərəfindən təqdir edildiyi, hər iki ölkənin rəhbərliyi tərəfindən dəstəkləndiyi halda “The Guardian” qəzetində dərc edilmiş məqalənin yersiz mənfi tonu mövcud reallığı əks etdirmir.

Müəllif sanki unudub ki, regionda hərbi əməliyyatların və qeyri-sabitliyin əsas səbəbi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının Ermənistan tərəfindən 30 illik qanunsuz işğalı olub və hətta məqalədə dörd kəndin Ermənistan tərəfindən Azərbaycana qaytarılmasını “verilməsi” kimi təqdim edib. Halbuki həmin kəndlər vaxtilə Ermənistan tərəfindən işğal edilib və bütün mövcud xəritələr, o cümlədən Ermənistan rəsmiləri həmin ərazilərin Azərbaycana aid olduğunu təsdiq edir.

Ermənistanın regiondan kənarda müttəfiqlər üçün tarix boyu və uğursuz axtarışlar aparması ilə bağlı fikirlərində müəllif haqlıdır. Ancaq unutmamaq lazımdır ki, davamlı sülh yaxın qonşularla münasibətlərin normallaşmasını tələb edir. Müəllif onu da haqlı olaraq qeyd edib ki, etnik parçalanmanı alovlandırmaq və qorxu yaratmaq məqsədilə məhz erməni separatçılar Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakinlərini yaşadıqları yerləri tərk etməyə təşviq ediblər.

Sonda bildirilib ki, Azərbaycan və Ermənistanın sülh yolunda əldə etdikləri diqqətəlayiq irəliləyişin jurnalistlər tərəfindən dəstəklənməsinin vaxtı çatıb.

Daha ətraflı linkdə: https://www.theguardian.com/world/article/2024/may/07/abandon-the-doom-and-gloom-narrative-around-azerbaijan-and-armenia

Xəbər lenti