Logo

Dövlət Komitəsində Əməkdar artist Elvin Xoca Qəniyevlə görüş olub

08.05.2024 14:07 143 baxış
IMG

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın Əməkdar artisti, hazırda Almaniyada təhsil alan violin ifaçısı Elvin Xoca Qəniyevlə görüşüb.

Bu barədə "Tehsil.biz"ə komitədən bildirilib.

Komitənin fəaliyyəti, Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği sahəsində müxtəlif ölkələrdə həyata keçirilən layihələr barədə məlumat verən sədr Əməkdar artist Elvin Xoca Qəniyevin fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib, yaradıcılıq planları ilə maraqlanıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə diqqət və qayğısı bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2008-ci ildə Elvin Xoca Qəniyevin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və o, xüsusi aylıq təqaüdə, 2016-cı ildə Gənclər üçün Prezident mükafatına, 2017-ci ildə 20 yaşında ikən Azərbaycanın Əməkdar artisti adına layiq görülüb.

Elvin Xoca Qəniyev qeyd edib ki, Azərbaycanın Xalq artisti Sərvər Qəniyevin nəvəsi olması faktı ilə yanaşı, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın xüsusi diqqəti bir Azərbaycan vətəndaşı və sənətçisi kimi onun öz yaradıcılığına daha məsuliyyətlə yanaşmasına, ölkəmizin və mədəniyyətimizin dünyada təbliği üçün daha da səylə çalışmasına stimul verir.

Sonda qonağa xatirə hədiyyələri təqdim olunub.

Xəbər lenti