Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş respublika elmi konfransi yekunlaşıb.
ADNSU-dan "Tehsil.biz"ə bildirilib ki, doktorantların və gənc tədqiqatçıların iştirakı ilə keçirilən konfransın bağlanış tədbirində universitetin elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova və Doktorantura şöbəsinin müdiri dosent Zülfüqar İbrahimli konfransın nəticələrindən danışıblar. Sonra bölmə rəhbərlərinin hesabatları dinlənilib.
Konfrans çərçivəsində 7 bölmə üzrə (Kimya texnologiya və ekologiya, Neft-qaz yataqlarının mənimsənilməsi, Mexanika və maşınqayırma, Energetika və alternativ enerji, İnformasiya texnologiyaları və təhlükəsizlik, İqtisadiyyat və idarəetmə, Geologiya və geofizika) bölmə iclasları keçirilib, məruzələr dinlənilib. Ümumilikdə konfransda 99 tezis təqdim edilib.