Logo

Tələbələr arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib - FOTO

08.05.2024 16:53 145 baxış
IMG

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, Heydər Əliyev sarayında keçirilən müsabiqə-festivalda respublikada fəaliyyət göstərən 26 ali təhsil müəssisəsindən 3000-dən çox tələbə iştirak edib.

Müsabiqəyə ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələr qatılıblar.

Birinci mərhələdə ali təhsil müəssisələrində yaradılmış münsiflər heyətinin iştirakı ilə seçimlər aparılıb, ikinci mərhələdə isə seçilmiş ən yaxşı ifaçı və kollektivlər festivalın yekun konsertində iştirak etmək hüququ qazanıblar.

Festival-müsabiqənin qalibləri yekun konsertin nəticələrinə uyğun olaraq müəyyən ediləcək. Qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.

Xəbər lenti