Logo

Qərbi Kaspi Universitetinin tələbələri üçün Kiprdə təqaüdlə təhsil almaq imkanı

13.04.2021 15:33 695 baxış
IMG

Kiprin Frederik Universiteti ilə Qərbi Kaspi Universiteti arasında Avropa Birliyi təhsil proqramı olan Erasmus+ çərçivəsində imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən Qərbi Kaspi Universitetinin bakalavr pilləsinin Biznes və İqtisadiyyat sahəsi üzrə təhsil alan bir tələbəsi 2021/2022 akademik ilinin payız semesterində Frederik Universiteti təhsil alacaq.

 

Təhsil müddəti 4 ayı əhatə edəcək və hər ay ərzində tələbəyə yaşayış xərclərini qarşılamaq üçün 850 avro dəyərində təqaüd veriləcək, həmçinin tələbənin səyahət xərcləri də Erasmus+ proqram tərəfindən qarşılanacaq.

 

Bu məqsədlə Qərbi Kaspi Universiteti tələbələri arasında AÇIQ MÜSABİQƏ elan edir. Müsabiqədə II və III kurs tələbələri iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün ingilis dilini bilmək mütləqdir.

 

Qeyd etmək istərdik ki, tələbələrdən proqramda iştirak üçün heç bir məbləğ tələb olunmur. Bu imkandan yararlanmaq istəyən tələbələr aprelin 22-ə qədər CV və Motivasiya məktublarını ingilis dilində [email protected] ünvanına göndərə bilərlər.

 

Əlavə sualınız yarandığı təqdirdə [email protected] email ünvanına müraciət edə bilərsiniz.

Xəbər lenti