Logo

Erməni-müsəlman davasında qadın obrazları: birinci ədavətli, ikinci ədalətli

08.05.2024 20:14 560 baxış
IMG

Romanovlar xanədanı tarixin xarabalığına gömüldü. Beləcə qaranlığa məhkum olan xalqların başı üzərində azadlıq günəşi doğdu.

Əsarətdə olan xalqların uzun sürən istibdadına son qoyuldu. Millətimiz də müqəddəratı barədə düşünür, maneəsiz yaşamaq, sivil cəmiyyət yaratmaq eşqiylə mübarizəyə başladı. Bu ərəfələrdə yaradılan məktəblər, xeyriyyə cəmiyyətləri, nəşr olunan qəzet və jurnallar xalqın azadlıq mübarizəsinin hərəkətverici qüvvəsinə çevrildi. Bu işdə vətənpərvər qadınlarımız haqlı mübarizəsini aparırdı. Bakıda keçirilən Qafqaz Müsəlmanlarının I Qurultayında ilk dəfə olaraq maarifpərvər qadınlarımız da iştirak etdilər. Misal olaraq, Sara Talışinskayanın, Sara Vəzirovanın, Şəfiqə Əfəndizadənin adını qeyd edə bilərik. Sonrakı mərhələlərdə və çətin şəraitdə cahilliyə, mövhumata, düşmən hiyləsinə qarşı Sara Vəkilova, Səidə Şeyxzadə, Xuraman Rəhimbəyzadə, Nabat Nərimanova, Asiya Axundzadə, Səkinə Axundzadə, Ziba Qayıbova, Nigar Şıxlinskaya, Gövhər Şövqiyyə, Hədiyyə Məmmədzadə, Həlimə Axundova, Münəvvər Əlixanova, Maral Nəbizadə qətiyyətlə mübarizə aparır, sözün əsl mənasında mərdliklə vuruşurdular. 

Ancaq on səkkizinci əsrin iyirminci ilindən "erməni kartı"nı işə salan I Pyotrun tör-töküntüləri - erməni millətçiləri yaranmış münbit şəraitdən istifadə edib, mikrob kimi yayılır, öz məkrli oyunlarını həyata keçirirdilər. Onların törətdikləri müsibətlər milli azadlıq hərəkatına ziyan vururdu. Əslində onların amalı, məqsədi də elə bu idi (hansı ki, indiki zamana qədər düşmənin eyni davranışlarını görürük).

Zaman ötdükcə Bakıda və Dərbənddə yerləşdirilən ermənilərin məskunlaşdırıldığı, daha dəqiq zorla pərçimləndirildiyi ərazilərin coğrafiyası, törətdikləri qırğınların sayı, vəhşiliklərin əhatə dairəsi genişlənirdi. Bu hadisələrin dəlili, sübutu M.S.Ordubadinin "Qanlı illər", M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi" kitablarında öz təsdiqini tapır. Hələ yazılanlar, əlimizdə olan faktlar başımıza gətirilənlərin bəlkə də mində biridir...

O zaman Ziba Qayıbova və Sara Vəkilova "Erməni qadınlarına müraciət"inin sonunda yazırdı:

" Yetər, bu qanlar.
Siz bizə deyirdiniz ki:
'O zaman ki, hər yerdə sülh sözü danışılır, belə bir əhəmiyyətli zamanda bizim səsimizin eşidilməməsi cinayətdir'.
Böylə isə səsinizi qaldırasınız, çəkilmiş olan qılıncları saxladınız.
Bir dəstə müsəlman xanımları naminə" (Bax: "Azərbaycan" qəzeti, 14 yanvar, 1919, N° 87).

Ancaq daşıdığı ad-sana sahib çıxan, ləyaqətli və ismətli Azərbaycan xanımları bil(m)irdi ki, erməni xisləti cins tanımır, erməni millətçisi verdiyi sözü ancaq düşdüyü məqama uyğun işlədir. Bu məqamda Mir Mövsüm Nəvvabın canlı şahidi olduğu və qələmə aldığı tarixi həqiqətə nəzər yetirək: "Aman (sülh) bayraqlarından birini mən (Nəvvab) alıb iki ay məsciddə saxladım. Sonra keşişlər gəlib həmin bayrağı geri istədilər. Cənab Nəcəfqulu ağanın vasitəsilə həmin keşişlərdən bir qəbz almaqla bərabər, həm də bayraqla birlikdə məscidin qarşısında Əfrasiyabın şəklini çəkirdim. Bunu mən ermənilərin üstümüzə böhtan atmaması üçün əyani dəlil kimi çəkdirdim" (Bax: M.M.Nəvvab, 1905-06-cı illərdə erməni-müsəlman davası, səh., 46). Görünən odur ki, tarix dəyişsə də erməni yalanı dəyişmir, yenilənir, dövrə uyğun formata düşür. Nəvvab da qeyd edirdi ki, ermənilərin bu cür siyasətinə, hiyləsinə inanmaq, eləcə də sülh məramına bel bağlamaq olduqca müşkül məsələdir.

Ziba Qayıbova və Sara Vəkilovanın erməni qadınlarına müraciətinin cavabsız qalmasının əsas səbəbi bəllidir. Çünki bizim Şərq qadını yaylığını başından açıb ayaqlar altına ataraq qan davasını, müsibəti dayandırıb. Ancaq erməni qadını doğulan körpəsinin qulağına pıçıldayır ki, türk sənin düşmənindir. Məktəb də, kilsə də cəmiyyətdə belə sərsəm fikirlərin daşıyıcısı, təbliğatçısı rolunu oynayır. Bu məqamda 2020-ci ilin sentyabr ayını xatırlayaq. Hələ iki dövlət arasında müharibə başlamamışdan öncə Ermənistanda “Qadınlar sülh tərəfdarıdır” təşkilatı işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məşq keçib, əllərindəki silahı Azərbaycan sərhədlərinə tərəf tuşladılar. İstər-istəməz daxilimizdə sual yaranır: İndi bu erməni qadınlarını necə sülh tərəfdarı adlandırmaq olar? Başqa bir sual da ortaya çıxır: Azərbaycan torpaqlarını işğal etmək naminə heç nəyi əsirgəmədiyini əhaliyə bəyan etmək üçün öz arvadını rəmzi olaraq təmas xəttinə göndərən baş nazir hansı düşüncənin sahibidir, hansı əqidənin sahibidir? Yeri gəlmişkən bir məqamı da xatırlayaq. Asala terror təşkilatının maddi yardımı və Ermənistanın keçmiş rəhbəri Robert Koçaryanın mənəvi dəstəyi ilə qızlardan ibarət “Xatun” snayper qrupunu yaradan Marqarita Sarkisyan da erməni qadını, daha doğrusu terrorçusu, killeri idi. Demək ki, erməni millətçisi üçün qadın-kişi anlayışı yoxdur, xislət və xəstə təfəkkür məsələsi var. Hələ müharibə ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev erməni cəmiyyətinə səslənərək: “Əgər erməni əsgəri ölmək istəmirsə, onda rədd olsun Azərbaycan torpağından!”- demişdir. Əslində bu xəbərdarlığı ilk növbədə erməni qadınları anlamalı idi. Ancaq beyni yuyulmuş erməni qadınları öz mənasız ədavətlərindən, yersiz hikkələrindən əl çəkmədilər. M.M.Nəvvab bu barədə yazır: "Ermənilər görürlər ki, təbiətlərinin bu cür ədavətli olmasından həmişə zərər çəkirlər". Və bu zərəri artıqlaması ilə 44 günlük Vətən savaşında ödədilər. 

Əlavə: "Mən onlara etibar etmirəm" - deyərək, Qriboyedovun Qafqaz müsəlmanlarına xitabən söylədiyi bu fikri onun ölüm səbəblərindən biri oldu. Sözsüz ki, etibar etmədiklərinin deyil, sonradan gəlmişlərin "etibarının" qurbanı oldu. Pyotrkimilərinin tör-töküntüsünə heç vaxt inanmaq, etibar etmək olmaz. Onların tərəfini saxlayanları da gec-tez qriboyedovfason acı sonluq gözləyir. Hətta məsələ o yerə çatıb ki, artıq dığalara böyük bratları da sahib çıxmır. Necə deyərlər, "Moskva göz yaşlarına inanmır!"

Əsgər İsmayılov,

BDU Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti