Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarlar davam edir.
Bu barədə "Tehsil.biz"ə ADAU-dan məlumat verilib.
Bildirilib ki, proqram çərçivəsində növbəti seminar Ege Universitetinin əməkdaşı Asuman Gürman Şahin tərəfindən “Türkiye-Azerbaycan dostluk elçisi şair Ahmet Cevat” mövzusunda təşkil olunub.
Seminarda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bu cür seminarların keçirilməsinin vacibliyini diqqətə çatdıraraq kollektivə uğurlar arzu edib.
Tədbirdə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Sonra Asuman Gürman Şahin Əhməd Cavadın şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilməsindən danışıb.
Sonda tələbələr çıxış ediblər.