Logo

I sinfə qəbulda müsahibələrin aparılma QAYDASI

10.05.2024 01:19 654 baxış
IMG

Dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan bölmələr üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələr keçirilir.

"Tehsil.biz"in məlumatına görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, müsahibə zamanı uşaqların şifahi nitq bacarıqları 5 meyar üzrə qiymətləndirilir.

Belə ki, uşaqlar fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, nitq etiketlərindən yerində istifadə edir, özü, ailəsi və vətən haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qururlar.

Xəbər lenti