Logo

Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək

10.05.2024 13:00 172 baxış
IMG

Azərbaycanda “Mənə bənzər adam”, “Ağalı” tammetrajlı, “Oriondan Sevgilərlə” qısa bədii, “Müharibənin gözləri”, “Danışır və göstərir Şuşa” qısa sənədli və “Nağıl istəyirəm!” adlı qısa animasiya filmləri çəkiləcək.

Tehsil.biz xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) ötən ilin iyulunda elan etdiyi film layihələri müsabiqəsinin qaydalarına əsasən yaradılan apellyasiya komissiyasının yekun nəticələrində bildirilib.

Qeyd olunub ki, ​Komissiya təqdim olunan layihələrlə bağlı məzmun cəhətdən fərqlənən ssenariləri məqbul qiymətləndirməklə yanaşı, kommersiya potensialı olan layihələrin 50% və ya daha çox hissəsi maliyyələşdirildiyi ARKA tərəfdən investor kimi maliyyə dəstəyinin cəlb edilməsinə qərar verilib.

Vurğulanıb ki, komissiyadan keçən film layihələrinin məxsus olduğu istehsalçı şirkətlərlə müqavilə bağlandıqdan sonra filmlərin istehsalına start veriləcək.

Məlumatda müsabiqədə qalib gələn istehsalçı şirtkətlərə maliyyə vəsaitinin ödənilməsinə başlanıldığı qeyd olunub.

Xəbər lenti