“Virtual məktəb”də şagirdlərin təlim-tərbiyə prosesində əhəmiyyətli rolu olan valideynlər üçün imkanlar təqdim edilir.
Platforma vasitəsi ilə valideynlər öz övladlarının tədris prosesini izləyə bilir, dərs prosesində iştirakına və nəticələrinə nəzarət edir, müəllimlər ilə rahat əlaqə qurur və əməkdaşlıq edirlər.
Eyni zamanda, onlar platformada təşkil edilən psixoloji dəstək saatları və digər maarifləndirici vebinar və tədbirlərə qoşula bilirlər. Bütün bunlar valideyn səriştəsinin artırılması və şagird nailiyyətlərinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.