Logo

BAAU-da Heydər Əliyevlə bağlı elmi seminar keçirildi - FOTO

10.05.2024 18:36 262 baxış
IMG

Bakı Avrasiya Universitetində müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr edilmiş həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə BAAU-nun Ümumi  işlər üzrə prorektoru Güntah Hüseynli, Beynəlxalq əlaqələr üzrə prorektor Siyavuş Qasımov, müəllim və tələbələri Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül qoyublar.

Tədbir Bakı Avrasiya Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr edilmiş elmi seminarla davam edib. Əvvəlcə universitet tələbələrinin hazırladığı, Heydər Əliyevin anadan olmasının 101-ci il dönümunə həsr edilmiş videoçarx nümayış edilib.

Seminarı giriş sözü ilə açan dosent Siyavuş Qasımov Heydər Əliyevin Azərbaycan dövlətçilik siyasəti mövzusunda məruzə ilə çıxış edib, Ümummili Liderin dövlətçilik və milli inkişaf konsepsiyasından danışıb. Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü çoxşaxəli fəaliyyəti, həyata keçirdiyi layihələr, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, habelə beynəlxalq əlaqələrində ciddi dönüş yaranıb.

BAAU-nun Nəzəri dilçilik və türkolofiya kafedrasının müdiri, dosent  Zəminə Rüstəmbəyli “Heydər Əliyevin dil siyasəti” məruzəsində Ümummili Liderin hakimiyyəti dövründə Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması istiqamətində xidmətləri haqqında məlumat verib. Heydər Əliyevin doğma dilinə olan böyük məhəbbət və dəyərdən danışıb: “Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri - ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi”.

Məruzəçi qeyd edib ki, Azərbaycan dilində mükəmməl danışmaq və düşünmək, dilin dəyərini bilmək, dövlət dilinin əhəmiyyətini dərk etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra universitetin müəllimləri, dosent Elnur Kəlbizadə “Qafqazda münaqişələr və əməkdaşlıq perspektivləri”, Günel Şıxəliyeva “Azərbaycan ədəbiyyatında Ümummili Liderin bədii obrazı”, dosent Emil Hacıyev “Heydər Əliyev və müasir dünya”, Vüsal Heydərov “Heydər Əliyev və Azərbaycanın müasir inkişaf strategiyası” mövzusunda məruzə ilə çıxış ediblər.

Xəbər lenti