Logo

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

10.05.2024 19:40 260 baxış
IMG

Mayın 10-da Azərbaycan Dillər Universitetində (ADU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dosent Rafiq Abbasov tərəfindən tərtib edilmiş “Azərbaycan-Çin (1993-2023)” kitabının təqdimatı olub.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı bəzi məqamlara toxunub. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi gücə sahib olub və beynəlxalq əlaqələrini gücləndirib.

Dosentlər Misgər Məmmədov, Mehriban Babaxanova və Emil Qasımov “Azərbaycan-Çin (1993-2023)” kitabı haqqında fikirlərini bölüşüblər. Qeyd olunub ki, kitabda Azərbaycan Çin münasibətlərinin yüksələn xətlə inkişafı, bu inkişafda Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri və töhfələri yer alıb.

Kitabın müəllim və tələbələr üçün əhəmiyyətindən danışan çıxışçılar Azərbaycanın regionda və bütün dünyada nüfuzunun artmasında məhz dahi rəhbər Heydər Əliyevin atmış olduğu addımların əsas rol oynadığını vurğulayıblar.

Xəbər lenti