Logo

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib - FOTO

10.05.2024 20:55 214 baxış
IMG

Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) magistraturasının 2018-ci il məzunu, kiçik elmi işçi Gülnar Abdullayeva Oksford Universitetində onkologiya ixtisası üzrə doktorantura təhsilini başa vurub.

MBBİ-dən "Tehsil.biz"ə bildirilib ki, Oksford Universitetində təşkil olunmuş komissiyada Gülnar Abdullayeva fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə edib.

Gülnar Abdullayeva 2019-2023-cü illərdə Oksford Universitetinin doktoranturasında təhsil alıb və Onkologiya departamentində professor Valter Bodmerin laboratoriyasında tədqiqatlar aparıb. O, kolorektal xərçəngdə (CRC) hüceyrə diferensiasiyasının mexanizmlərini araşdırıb. Onun apardığı tədqiqatların əsas məqsədi hüceyrə diferensiasiyasına səbəb olan yeni potensial amilləri müəyyən etmək olub. Hansı ilkin qüsurların - mutasiyaların və ya metilləşmənin CRC-də hüceyrə diferensiasiyasına səbəb olduğunu müəyyən etməklə yeni müalicə üsulu aşkar olunub. Gənc alimin tədqiqatları xərçəngin müəyyən növlərinin müalicəsinə kömək edəcək.

Qeyd edək ki, Gülnar Abdullayeva 2024-cü ildə elm sahəsi üzrə gənclər üçün Prezident mükafatına layiq görülüb.

Xəbər lenti