Logo

Ən yüksək balı bu məktəbin məzunu topladı

10.05.2024 22:16 152 baxış
IMG

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 14 aprel 2024-cü il tarixində keçirilən imtahanların nəticələri elan edilib.

"Tehsil.biz"in məlumatına görə, bu imtahanlarında iştirakı nəzərdə tutulan 34481 nəfərdən 2758 nəfər imtahana gəlməyib. 12 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda ən yüksək nəticəni 296,9 bal toplayan Laçın rayonu, Alxaslı kənd orta məktəbin 2022-ci il məzunu göstərib.

Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

Xəbər lenti