Logo

“Zəfər Dastanı” kitabı çap olunub

13.04.2021 17:45 381 baxış
IMG

“Göyərçin” jurnalının baş redaktoru, şair Rafiq Yusifoğlunun yeni kitabı işıq üzü görüb.

 

İnterAz-ın məlumatına görə, “Zəfər Dastanı” adlanan kitaba şairin son illərdə qələmə aldığı qələbə müjdəli şeirləri daxil edilib.

 

44 günlük Vətən Müharibəsinə həsr edilmiş “Zəfər Dastanı” Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nəşriyyatında 280 səhifə həcmində nəşr edilib. Kitabın redaktoru professor Məhərrəm Qasımlıdır.

 

Kitabda yer alan şeirlər bir neçə ad altında qruplaşdırılır. Vətən Müharibəsinin zəfərinə həsr olunan “Yeriniz görünür bu zəfər günündə”, “Zəfər yallısı” , “Azad edilmiş yurd yerində düşüncələr”, “Ali Baş Komandanın Qubadlı səfəri”, “Haqqa güvənən xalq”, “İgidlər diyarı”, “Təzə Qubadlının Şəhidlər xiyabanı”, “Kəlbəcərin dağlarına yağdı qar”, “Ata ocağı”, “Əsir tanklar”, “Qarabağ savaşı”, “Vətən sevdalı əsgər” və s. şeirləri “Qələbəyə gedən yol bölməsi” adı altında toplanıb.

Xəbər lenti