Logo

AzTU-nun professorunun məqaləsi Moskvada diploma layiq görülüb

13.04.2021 20:14 604 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının müəllimi, professor Bayram İbrahimovun məqaləsi “2021 Bort rabitəsi sahəsində siqnalların formalaşdırılması və emalı sistemləri” adlı Beynəlxalq konfransda  mükafata layiq görülüb.

 

Belə ki, Bayram İbrahimov ötən ay  Moskva şəhərində onlayn formada keçirilən iki günlük beynəlxalq elmi konfransın “Elektrik və optik rabitə və nəzarət sistemləri” bölməsində “Spektral texnologiyaları bazasında optik rabitə şəbəkələrinin buraxma qabiliyyətinin yüksəldilməsi üsullarının tədqiqi” mövzusunda  məruzə ilə çıxış edib.

 

Onun məqaləsi beynəlxalq konfransda “Ən yaxşı elmi məruzə” nominasiyası üzrə diploma layiq görülüb.

Xəbər lenti