Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda davam edir.
İnstitutdan bildiriblər ki, Dillər və ictimai fənlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İlkin Əlimuradov və kafedranın müəllimi Lalə Əliquliyevanın məqaləsi Misir mətbuatında dərc olunub.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı törətdiyi növbəti təxribatın qarşısı şanlı ordumuz tərəfindən qətiyyətlə alınır. Qəhrəman ordumuzun əks-hücumları nəticəsində düşmən işğalında olan torpaqlarımız azad edilir.