Logo

İşdən çıxarılan AMEA əməkdaşı Ramiz Mehdiyevi məhkəməyə verdi

14.04.2021 16:06 366 baxış
IMG

İşdən çıxarılan Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı akademiyanın prezidenti Ramiz Mehdiyevi məhkəməyə verib.

 

Unikal.org-un məlumatına görə, AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı Usubova Vəfa Tofiq qızı Bakı Şəhər Apellyasiya məhkəməsinə müraciət edib. O, işə bərpa olunmasını tələb edir.

 

İşə hakim Fuad Talışınskinin sədrliyi ilə baxılacaq.

Xəbər lenti