Logo

AzTU məzunu, şəhid Mahmud Cavadovun məzarı ziyarət olunub - FOTO

14.04.2021 17:02 1047 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, şəhid Mahmud Cavadov 1999-cu il aprelin 13-də Bakıda anadan olub.

 

Mahmud Cavadov 2016-2020-ci illərdə AzTU-da ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağrılan Mahmud Cavadov Vətən müharibəsində də iştirak edib. O, 2020-ci il noyabrın 27-də Ağdərə uğrunda döyüşdə qəhrəmancasına şəhid olub.

 

II Fəxri xiyabanda dəfn olunan Mahmud Cavadov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Aprelin 13-də, Mahmud Cavadovun doğum günündə AzTU-nun əməkdaşları və tələbələri onun məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildirib. 

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Şəhidlərin ruhu qarşısında baş əyirik!

 

 

Xəbər lenti