Logo

Bakı Ali Neft Məktəbinin “COVID-19”-a yoluxan əməkdaşlarına maddi yardım veriləcək

14.04.2021 17:06 521 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Koronavirus (COVID-19) infeksiyasına yoluxan əməkdaşlara maddi yardımın verilməsi haqqında əmr imzalayıb.

 

Belə ki, BANM Həmkarlar İttifaqı Komitəsinin maliyyə imkanlarına uyğun olaraq faktiki infeksiyaya yoluxmuş və müalicə olunmuş, o cümlədən də yeni yoluxma halları baş verərsə rəsmi tibbi arayış əsasında Ali Məktəbin HİK üzvü olan müəllim və əməkdaşlarının hər birinə 100 (bir yüz) manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi qərara alınıb.

 

Hazırda ölkə ərazisində koronavirus infeksiyasının yayılma dinamikasının artması BANM-in əməkdaşları arasında yoluxma hallarının yenidən  baş verməsini istisna etmir. Əməkdaşlar arasında yeni yoluxma hallarının baş verəcəyi halda infeksiyanın müalicəsi üçün dərman preparatlarının müəyyən xərc tələb etməsi onlara maddi yardımın ayrılmasını zəruri edir.

Xəbər lenti