Xarici ölkələrdə təhsil almaq üçün tələb olunan dil və bacarıqların qiymətləndirilməsi ilə əlaqədər beynəlxalq imtahanların təşkilində fəal iştirak edən Bakı Mühəndislik Universitetində (BMU) növbəti SAT imtahanlarının keçirilməsi planlaşdırılır.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, 2024-cü il ərzində SAT beynəlxalq imtahanlarının iyunun 1-də, avqustun 24-də, oktyabrın 5-də, noyabrın 2-də və dekabrın 7-də keçirilməsi nəzərdə tutulur.
SAT imtahanları onlayn formada keçirilir və müxtəlif xarici ölkələrdə təhsil almaqda əhəmiyyətli rol oynayır.
BMU-da 2025-ci ildə də SAT imtahanlarının keçirilməsi planlaşdırılır və bu barədə əlavə məlumat veriləcək.
İmtahanlarla bağlı hər hansı sual yarandığı təqdirdə [email protected] və ya [email protected] email adreslərinə müraciət edə bilərsiniz.