Logo

Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatdı - FOTO

20.05.2024 16:44 327 baxış
IMG

“Ehtiyat zabit hazırlığı” kursunun başa çatması münasibətilə mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, mərasimdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

Kursu bitirən hərbi qulluqçular təhsil müddətində onlar üçün yaradılan şərait və təhsil prosesindən razılıqlarını bildirib, göstərilən etimadı doğrultmaq üçün qazandıqları bilik və bacarıqları gələcək xidmətlərində inamla tətbiq edəcəklərinə, Azərbaycan Ordusunun hərbi qulluqçusu adını şərəflə daşıyacaqlarına söz veriblər.

Məzunlara sertifikatlar verilib.

Sonra hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Xəbər lenti